Pakistanda avtobus qəzası nəticəsində azı 28 nəfər ölüb
Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 28 nəfər ölüb, 22 nəfər isə yaralanıb.
Fhnews.az “Daily Pakistan” saytına istinadla xəbər verir ki, hadisə çərşənbə günü səhər saatlarında Vaşuk rayonunda baş verib.
İlkin məlumata görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub. Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanalara yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...