Özünüməşğulluq proqramı üzrə son bir həftədə 600-dək şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı işləri davam etdirilir.
Fhnews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən veriən məlumata görə, son bir həftədə Bakı və ölkəmizin regionlarında 600-dək işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.
Verilmiş aktivlər hesabına həmin şəxslər üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub.
Proqrama cəlb olunanlar üçün ilk mərhələdə kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqların öyrədildiyi təlimlər təşkil olunur. Təlimlərdən sonra onlar biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...