Özbəkistan "Səhradakı Venesiya" ola bilər
Özbəkistan hökumətinin iddialı turizm təşəbbüsü uzunmüddətli perspektivdə ölkənin tarixi şəhərlərini “səhradakı Venesiya”ya çevirmək potensialına malikdir. Lakin ölkədəki tarixçilər bu vəziyyətin uzunmüddətli perspektivdə pis nəticələri ola biləcəyini düşünürlər.
Britaniyanın BBC telekanalı xəbər verir ki, Buxaranın bütün küçələrində yeni otellər tikilir. Paytaxt Daşkənddən tutmuş tarixi Xivə şəhərinə qədər bir çox bölgələrdə mədəni irs sayıla biləcək ərazilər otellərlə iç-içədir.
Son 5 ildə Özbəkistan 16 pillə irəliləyərək ölkəyə gələn turistlərin sayına görə 119 ölkə arasında 78-ci yerdə qərarlaşıb. Restoran və kafelərdə ölkə mətbəxinin, muzeylərdə isə özbək mədəniyyətinin təbliği istiqamətində intensiv işlər aparılır.
Köhnə şəhərin kənarlarında “Əbədi Buxara” adlı əyləncə kompleksi tikiləcək. Yerli mətbuatda yayılan ilkin planlarda onu çayxanalar kimi ənənəvi özbək tikililərini bərpa edəcək “etnoqrafik park” kimi təsvir ediblər.
Tikinti sahəsini əhatə edən hündür divarlara yapışdırılmış 3D təsvirlər bunun əvəzinə bloklu, müasir ticarət salonlarını və abstrakt sənətlə bəzədilmiş parlaq hovuzları göstərir.
Turizm şirkətləri həmçinin 700-ə qədər otaqlı bir sıra beşulduzlu otellər tikməyi planlaşdırır. Özbəkistanlı memar turizmdəki genişlənmənin pis nəticələrinə diqqət çəkərək, "Hər il daha çox turist gəlir. Mən həmişə Buxaranı canlı bir orqanizm kimi düşünmüşəm. Bu orqanizm getdikcə zəifləyir və kövrəkləşir. Bura təkcə turistlər üçün yer olmamalıdır, orada yaşayan insanlar da nəzərə alınmalıdır. Buranın səhrada Venesiyaya çevrilmək riski var"-deyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...