2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Ötən il məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərdə artım olub

24-01-2025
IMG

2024-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə ümumilikdə 166,5 milyon manat vəsait ödənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, həmin məbləğ 2023-cü ilin analoji dövründə ödənilmiş vəsaitdən 3,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Paylaş: