2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Ötən il bölgələrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının sayı 282 mini ötüb

27-02-2025
IMG

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü il ərzində daşınmaz əmlak üzərində 378 min 495 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Fhnews.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, bu göstəricinin 64 min 454-ü (17 faiz) ilkin, 314 min 41-i isə (83 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Ötən ildə fərdi yaşayış və bağ evi üzərində - 63 min 6, mənzil üzərində - 85 min 938, torpaq sahəsi – 216 min 583, qeyri-yaşayış binası – 3397, qeyri-yaşayış sahəsi – 8684, əmlak kompleksi - 826, çoxmərtəbəli yaşayış binası üzərində isə 61 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 96 min 268-i (25,4 faiz) Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

2024-cü il ərzində 286 min 92 texniki pasport tərtib edilib, 73 min 809 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Paylaş: