Ötən həftə Liviya sahillərində 995 miqrant saxlanılıb
Son bir həftə ərzində Liviya sahillərində 995 miqrant saxlanılaraq geri qaytarılıb.
Fhnews.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Miqrantların 17-si uşaq olub.
Məlumatda bildirilib ki, bu il ümumilikdə 7059 qeyri-leqal miqrant saxlanılıb, 282 nəfər dənizdə boğularaq ölüb, 449 nəfər isə itkin düşüb. 2023-cü ildə tutularaq geri qaytarılan miqrantların ümumi sayı 17 190 nəfər olub.
2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada yaranan xaos əksəriyyəti Afrika ölkələrindən olan bir çox miqrantı Aralıq dənizi vasitəsilə Avropa sahillərinə keçməyə cəhd göstərməyə sövq edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...