Ötən həftə Liviya sahillərində 979 miqrant tutulub
Son bir həftə ərzində 979 miqrant Liviya sahillərində tutularaq geri qaytarılıb.
Fhnews.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, onlar arasında 33 uşaq var və miqrantlardan yeddisinin cəsədi çıxarılıb. Daha səkkiz nəfərin isə Liviya sahillərində itkin düşdüyü qeyd edilib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il ümumilikdə 15 min 117 miqrant saxlanılıb, 434 nəfər ölüb, 611 nəfər isə itkin düşüb.
Xatırladaq ki, 2023-cü ildə 17 min 190 miqrant tutularaq Liviyaya geri qaytarılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...