Ölümcül “mavi dil xəstəliyi” heyvanlarda başlayır
Belçikada qoyun, keçi, iribuynuzlu mal-qara və inəklərdə “mavi dil xəstəliyi” kimi tanınan virus yayılıb. Belçika Federal Qida Agentliyi ayın əvvəlində başlayan “mavi dil xəstəliyinin” getdikcə heyvanlar arasında yayıldığını açıqlayıb.
Xəstəlikdən 500-dən çox ferma zərər çəkib. Ümumilikdə 874 qoyun, keçi, inək və iribuynuzlu heyvanın xəstəliyin daşıyıcısı olduğu bilinir, onlardan 544-ü flamanddilli bölgədədir. Xəstəlik xüsusilə qoyunlar arasında yayılır və bu növlər arasında ölüm halları baş verir.
Heyvanların dilini göy rəngə çevirdiyi üçün belə adlandırılan xəstəliyə bir növ ağcaqanad səbəb olur. Virus heyvanlarda yüksək hərarət, iştahsızlıq, oynaq ağrıları, laktasiya, doğuş və tənəffüs problemlərinə səbəb ola bilər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...