Ölkədə enerji səmərəliliyi sahəsində yeni dövlət standartı qəbul edilib
“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən AZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar - Effektivliyin ölçülməsi üsulları” dövlət standartı qəbul edilib.
AZSTAND-dan verilən məlumata görə, sözügedən standart tekstil məmulatlarının yuyulması və qurudulması funksiyasına malik məişət kombinə edilmiş paltaryuma-qurutma maşınlarının sınaqdan keçirilməsi üsullarını müəyyən edir.
Bu standartın tətbiqi məişət paltaryuma-qurutma avadanlıqlarında enerji istehlakı ilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkan yaradacaq.
Qeyd edək ki, yeni dövlət standartı “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və institut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...