2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Oteldə baş verən yanğınla bağlı 8 şübhəlinin həbs olunması tələb edilib

24-01-2025
IMG

Bolu Kartalkaya xizək mərkəzində 78 nəfərin həyatını itirdiyi otel yanğını ilə bağlı nəzarətə alınan 14 şübhəli arasında aralarında otel sahibi Halit Ergülün də olduğu 8 nəfərin həbs olunması tələb edilib.

Yanvarın 21-də xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğınla bağlı Bolu Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan şübhəlilərin istintaqı davam etdirilir. Burada əməliyyatları tamamlanan 10 şübhəli ədliyyəyə sövq edilib.Aralarında otel sahibi Halit Ergülün də olduğu 8 şübhəlinin həbsi istənilib.

Paylaş: