Osman Həmdi bəyin tablosu Parisdə 571 min 500 avroya satılıb
Türkiyə sənət tarixinin ən önəmli rəssamlarından biri, “Tısbağa Tərbiyəçisi” adlı məşhur əsərin sahibi Osman Həmdi bəyin “Bursa Ulu Məscidinin Cəbhəsi” tablosu Parisdə hərracda yüksək məbləğə satılıb. 1879-cu ilə aid olan tabloya 571 min 500 avro verilib.
Məlumat üçün qeyd edək ki, Osman Həmdi Bəyin 1880-ci ildə çəkdiyi "Quran oxuyan qız" əsəri 2019-cu ildə Londonun Bohams muzeyindəki hərracda rekord qiymətə satılıb. Əsər təxminən 13,2 milyon manat dəyərində satılıb. Bununla da Türkiyənin ən bahalı rəsm əsəri olub. Osman Həmdi Bəyin bundan əvvəl "Tısbağa tərbiyəçisi" əsəri 5 milyon türk lirəsinə, yəni təxminən 1,5 milyon manata, "Yaşıl məscidinin qabağı" əsəri isə 13,5 milyon türk lirəsinə (təxminən 4 milyon AZN) satılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...