Olimposda istirahət kompleksində yanğın: ağac evlər külə döndü
Antalyanın məşhur istirahət mərkəzi olan Olimposda milli parkda yerləşən istirahət kompleksindəki ağac evlər dünən gecə baş verən yanğında kül olub.Yanğın naməlum səbəbdən baş verib.
Turistlər ərazidən təxliyə edilib. Alov bütün evləri əhatə edib.
Yanğın 4 saatlıq müdaxilədən sonra söndürülüb. Yanğın zamanı ölən və ya xəsarət alan olmasa da, bütün ağac evlər kül olub.
Qeyd edək ki, 2007-ci ildə də həmin obyektdə yanğın baş vermis və tamamilə yanmış bu istirahət kompleksi yenidən tikilmişdi.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...