2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Okeanların buz örtükləri əriyir

07-03-2025
IMG

Qlobal istiləşmə ilə bağlı həyəcanverici yeni xəbərdarlıqlar gəlib. Son vəziyyəti Avropa İttifaqına bağlı Kopernik İqlim Dəyişikliyi İnstitutu açıqlayıb. Keçən ay tarixdə üçüncü ən isti fevral ayı olub. Nəticədə Antarktika okeanının səthini örtən buz örtüyündə rekord azalma qeydə alınıb.

Buz örtüyü 16 milyon kvadrat kilometrə qədər azalıb. Buz örtüyünün azalmasının həm hava şəraitinə, həm insanlara, həm də ekosistemə mənfi təsir göstərəcəyi diqqətə çatdırılır. Bu təsirlərin təkcə regionda deyil, bütün dünyada hiss olunacağı xəbərdarlığı edilir.

Keçən ay Şimali Amerika, Şərqi Avropa və Şərqi Asiyada havanın temperaturu orta səviyyədən yuxarı olub, xüsusilə Arktika Dairəsində temperaturda nəzərəçarpacaq artım müşahidə olunub.

Qütb Dairəsində temperatur 1991-2020-ci illər arasında orta göstəricidən 4 dərəcə yuxarı qalxıb.

Antarktikada temperaturun artması ilə əlaqədar buz örtüyü orta hesabla 26 faiz azalıb.

Paylaş: