Okeanın dibində 4 min metr dərinlikdə qara oksigen kəşf edilib
Alimlər oksigenin Sakit Okeanın dibindəki zil qaranlıqda qəribə kartof formalı metal parçacıklar tərəfindən əmələ gəldiyini aşkar ediblər. Şotlandiya Dəniz Elmləri Dərnəyinin tədqiqatçıları tərəfindən edilən kəşfin Yer kürəsində həyatın ilk dəfə necə başladığına dair anlayışı yenidən formalaşdıra biləcəyi bildirilir.
Araşdırma qrupunun rəhbəri Andrev Sveetman əldə etdikləri məlumatların fövqəladə olduğunu açıqlayaraq bildirib ki, əvvəlcə sensorların qırıldığını düşündük, çünki dərin dənizdə edilən hər araşdırmada istehsal deyil, yalnız oksigen istehlak edilirdi. İndiyədək yalnız bitkilər və yosunlar kimi canlıların fotosintez yolu ilə oksigen istehsal edə biləcəyi düşünülürdü. Lakin günəş işığının çata bilmədiyi okean səthindən 4 kilometr aşağıda tünd oksigen adlanan polimetal düyünlər adlanan kiçik mineral yataqlarının ilk dəfə əmələ gəldiyi qeyd edilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...