2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Nyu-Yorkdan Yeni Dehliyə uçan təyyarə bomba təhlükəsi səbəbindən Romaya enib

24-02-2025
IMG

İtaliyanın “ANSA” agentliyinin xəbərində bildirilib ki, ABŞ-nın Nyu-York şəhərindən yerli vaxtla saat 20.30-da (04.30 GMT) havaya qalxan və Hindistanın paytaxtı Nyu-Dehliyə uçan “American Airlines”a məxsus "AA292" reys nömrəli Boeing 787-9 təyyarəsi bomba təhlükəsi səbəbindən Romanın Beynəlxalq Fiumicino (Leonardo Da Vinci) hava limanına eniş edib. 

Yerli vaxtla saat 17.22-də (GMT 19.22) Romaya enən təyyarədə 199 sərnişin və 15 ekipaj üzvü olduğu bildirilib.

Qeyd olunub ki, təyyarə enməzdən əvvəl İtaliya hava məkanına daxil olduqdan sonra “American Airlines” təyyarəsini İtaliya Hərbi Hava Qüvvələrinə  məxsus iki döyüş təyyarəsi müşayiət edib.

Təyyarənin hava limanına endikdən sonra təhlükəsiz ərazidə saxlandığı bildirilib. Bütün sərnişinlər və ekipaj evakuasiya edildikdən sonra İtaliyanın bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislərindən ibarət təhlükəsizlik qüvvələri bombanın aşkarlanması üzrə ixtisaslaşmış itlərlə axtarış aparıb.

Bomba zərərsizləşdirmə mütəxəssisləri təyyarənin içərisində, yük yerində və baqajda axtarışlar zamanı heç bir partlayıcı tapmayıblar. 

Təyyarənin Romaya endirilməsi qərarının ABŞ şirkətinin seçimi olduğu qeyd edilib.

Paylaş: