Nyu Cersidə meşə yanğınları havanın keyfiyyətinə ciddi təsir edib
ABŞ-nın Nyu-Cersi ştatında davam edən meşə yanğınlarının sürətlə yayılmasının ardından bölgədə havanın təmizlik indeksi xeyli aşağı düşüb, yayılan tüstüdən nəfəs almaq qeyri-mümkün olub.
Qeyd edək ki, ABŞ-nın Nyu-Cersi ştatının Passaic rayonunda yerləşən West Milford şəhərində baş verən yanğın dağlıq bölgəni də əhatə edib və 2000 dekardan çox ərazinin yanmasına səbəb olub.
Pinelands bölgəsində başlayan yanğınlar Nyu York şəhərinin ətraf ərazilərinə də keçib. Küləyin təsiri ilə yanğınların sürətlə genişləndiyi bildirilib. Səlahiyyətlilər vətəndaşlara açıq yerlərdə olmamaq və havanın keyfiyyəti ilə bağlı xəbərdarlıqlara diqqət yetirmək barədə məlumat verib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...