Nikaraquada avtobus qəzaya uğrayıb
Nikaraquanın Mataqalpa departamentinin Mansera bələdiyyəsinin yaxınlığında avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin “19digital” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, avtobusun aşdığı qəzada ölmüş 16 nəfərdən altısı həddi-büluğa çatmamış şəxslərdir. Eyni zamanda, olayda 20-dən çox insan yaralanıb, onlara tibbi yardım göstərilib.
İlkin məlumata görə, avtobusun aşmasına səbəb nəqliyyat vasitəsinin körpünün hasarına çırpılması olub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...