Nijni Novqorodda istilik sistemində qəza nəticəsində 10 nəfər xəsarət alıb
Rusiyanın Nijni Novqorod şəhərində mərkəzi istilik sistemi borusunun partlaması nəticəsində 10 nəfər xəsarət alıb.
Fhnews.az xəbər verir ki, bu barədə Nijni Novqorod Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb.
Nijni Novqorodun mərkəzində baş vermiş hadisə nəticəsində 10 nəfərin, o cümlədən iki uşağın ayaqları yanıb, ətraf binaların istilik təchizatı kəsilib. Hazırda hadisə yerində təmir işləri aparılır.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...