NİİM: Bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmirlər
Motosikletlə həm piyada keçidindən, həm də işıqforun qırmızı işığından keçən şəxs yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, müşahidə kamerasının qeydə aldığı həmin qəza ötən gün axşam saatlarında 8 Noyabr prospektində baş verib.
“Araşdırmalar göstərir ki, hələ də bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmir, həm hərəkət iştirakçılarının, həm də özlərinin həyat və sağlamlığına real təhlükə yaradırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarını yollarda diqqətli olmağa çağırır”, - deyə NİİM-dən bildirilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...