Nigeriyada vəba epidemiyası
Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib. Yanvar ayından bu yana 4 min 809 vəba hadisəsinin görüldüyü ölkədə iyunun 26-da milli fövqəladə vəziyyət elan edilib. Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən edilən açıqlamada, 170 vəba hadisəsinin olduğu bildirilib.Açıqlamada yanvar ayından bu yana ölkədə 4 min 809 vəba hadisəsinin görüldüyü, epidemiya səbəbindən həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib.
Qeyd edək ki, "Vibrio" bakteriyasının səbəb olduğu qida və su ilə keçən vəba xəstəliyi ishala və bununla da orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. Nigeriyada təmiz suyun, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və M pox virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...