Nigerdə sel fəlakəti səbəbindən yeni tədris ili 1 ay gec başlayacaq
Nigerdəki hərbi administrasiya ölkədə baş verən daşqınlar səbəbindən məktəb və universitetlərdə yeni tədris ilinin açılışını bir ay təxirə salıb.Hökumətdən verilən açıqlamada yeni tədris ilinin oktyabrın 28-də başlayacağı bildirilib.
Bildirilib ki, daşqınların təsirinə məruz qalan bəzi təhsil müəssisəsi binalarının zədələnməsi və ya su basması səbəbindən sinif otaqlarının istifadə oluna bilməməsi səbəbindən qərar verilib.
Nigerdə iyun ayından bəri baş verən daşqınlarda 285 nəfər ölüb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...