Niderlandda təyyarə magistral yolun üzərinə düşüb
Şimali Brabant əyalətinin Ruxpena şəhəri yaxınlığında Niderlandın A58 magistralında təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan yeganə şəxs - pilot həlak olub.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mərkəzi və Qərbi Brabantın fövqəladə hallar xidməti məlumat yayıb.
Hadisə ilə əlaqədar magistral hər iki istiqamətdə bağlanıb.
Qəzaya uğrayan təyyarənin növü və faciənin səbəbi məlum deyil.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...