Niderland tədqiqat və layihələrə investisiya qoyuluşunda geridə qalır
Niderland tədqiqat və layihələrə sərmayə qoyuluşu baxımından çox geridə qalır.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin “NU.nl” onlayn qəzeti yazır. Bildirilir ki, hazırda Niderlandda elmi tədqiqatlara qoyulan sərmayənin xüsusi çəkisi ÜDM-in 2,3 faizini təşkil edir.
Avropa İttifaqında razılaşdırılıb ki, hər bir ölkə ÜDM-in azı 3 faizini tədqiqat və layihələrə ayırmalıdır. Bu, Avropa ölkələrinin Asiya ölkələri və ABŞ ilə daha yaxşı rəqabət apara bilməsini təmin etmək məqsədi daşıyır.
“TNO” tədqiqat agentliyinin məlumatına görə, Niderland Almaniya (3,1 faiz), Belçika (3,5 faiz) və Cənubi Koreya (4,9 faiz) kimi ölkələrdən çox geri qalır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...