2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Niaqara şəlaləsi-təbiətin möcüzəsi

23-10-2024
IMG

ABŞ-Kanada sərhədində Ontario gölünə axan Horseshoe, American və Bridal Veils adlı şəlalələrin meydana gətirdiyi Niaqara şəlaləsi hər il milyonlarla ziyarətçiyə ev sahibliyi edir.

Qayıq turları bölgəyə gələn turistlərin ən populyar fəaliyyətlərindəndir.Bölgəyə gələn turistlər həmçinin At Nalı Şəlaləsində zipline fəaliyyəti ilə məşğul olmaq imkanı əldə edirlər.Niaqara şəlaləsi ətrafında uçan qağayılar göy qurşağının görünməsi ilə bir başqa visual gözəllik yaradıb.

Şəlalənin hündürlüyü 53 metr təşkil edir. Amerikan şəlaləsinin su tökülən hissəsini daş qalaqları əhatə etdiyinə görə hündürdür, lakin onun yüksəkliyi 21 metrdir. Amerikan şəlaləsinin enliliyi 323 metrdir, "Nal" şəlaləsinin enliliyi isə 792 metr hesablanmışdır. Tökülən suyun ümumi həcmi isə 5720 м³/san sayılır.
Buranın gözəlliyi dünyanın bütün yerlərindən çoxsaylı turistlərin axın etməsinə səbəb olur və şəhərin çiçəklənməsində mühüm yer tutur. Niaqara şəlaləsinin sahilində Nyu – York ştatı, ABŞ və Niaqara – Fols yerləşir. Həmçinin Kanadanın əyaləti sayılan Ontario da bura daxildir.

Şəlalənin ən gözəl xarici görkəmə malik olan ərazisi isə Kanadanın sahillərinə düşür. Niaqaranın bir neçə yüz metrlik aşağı templə axan ərazisində şəlalənin üzərindən "Göy qurşağı körpüsü" salınmışdır. Bu körpü iki dövlət arasında asan avtomobil nəqliyyatı və piyada keçidi üçün nəzərdə tutulmuşdur.

Paylaş: