Nevşehir Mədəniyyət Yolu Festivalı bu həftə sonu başlayacaq
Türkiyənin beynəlxalq marka dəyərinə töhfə vermək üçün bu il 16 şəhərdə təşkil edilən Türkiyə Mədəniyyət Yolu Festivalının yeddinci dayanacağı Nevşehir olacaq.Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi “Türkiyə Mədəniyyət Yolu Festivalları” çərçivəsində təşkil edilən Nevşehir Mədəniyyət Yolu Festivalı həftə sonu başlayacaq.
Festival çərçivəsində mədəni, tarixi və təbii sərvətləri ilə tanınan turizm mərkəzi olan Kapadokiyanın müxtəlif yerlərində 3-11 avqust tarixləri arasında konsertlər, sərgilər, seminarlar və qastronomiya təqdimatları kimi tədbirlər keçiriləcək.
Festivala ikinci dəfə ev sahibliyi edəcək Nevşehirdə avqustun 8-dən festivalın son gününə kimi 17 ölkədən gələcək hava şarları region səmasında nümunəvi uçuşlar həyata keçirəcək.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...