Nepalda musson yağışlarının yaratdığı fəlakət 62 nəfər ölümünə səbəb olub
Nepalda ölkə daxilində təsirli olan musson yağışlarının səbəb olduğu fəlakət və qəzalarda 62 nəfər həyatını itirib, 90 nəfər isə yaralanıb.Parbatın Thadapaxa rayonunda torpaq sürüşməsi nəticəsində 2 ev dağılıb, heyvanlar tələf olub.Dolaxa və Qorxada sel nəticəsində 9 ev, 8 mehmanxana və 2 körpü dağılıb.
Yağış nəticəsində yaranan daşqın və sürüşmə nəticəsində müxtəlif rayonlarda avtomobillərin hərəkəti dayanıb.Daşqınlar Madheş əyalətinin müxtəlif yerlərindəki şəhər mərkəzlərində də baş verib.
Qeyd edək ki, hər il iyun və sentyabr ayları arasında təsirli olan musson yağışları Nepalda böyük fəsadlara səbəb olur.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...