Nepalda 2 avtobusun çaya düşməsi nəticəsində 66 nəfər itkin düşüb
Nepalda torpaq sürüşməsi səbəbindən 2 avtobusun aşaraq çaya düşməsi nəticəsində azı 66 nəfər itkin düşüb.
Fhnews.az Nepal mediasına istinadla xəbər verir ki, hadisə səhərə yaxın saat 3:00 radələrində baş verib. Ərazi çətin relyefə malikdir. Əlavə olaraq, şiddətli yağışlar xilasedicilərin əraziyə yaxınlaşmasına mane olur. Səlahiyyətli qurumlar həmin zonada bir neçə torpaq sürüşməsinin olduğunu bildirib.
Qeyd edək ki, Nepalda iyun ayından başlayan musson yağışları sel, daşqın, torpaq sürüşməsi kimi fəsadlar yaradıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...