Neft və Sənaye Universitetinin startapları COP29-da təqdim edilib
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Universitetlərdə innovativ mühitin rolu və yaşıl texnologiyalar” adlı panel iclasda təmsil olunub.
ADNSU-dan verilən məlumata görə, akademik sahədə yaşıl texnologiyaların genişləndirilməsi məqsədilə keçirilən iclas İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Elm, Texnologiya və İnnovasiya / Rəqəmsallaşma Günündə təşkil edilib.
Panel iclasda ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru dosent Elviz İsmayılov iqlim dəyişikliklərinin elmi aktuallığı, bu sahədə universitetin startap mərkəzində reallaşan startaplar və innovativ layihələrdən danışıb. COP29 çərçivəsində ADNSU-nun komandasının “Yaşıl hidrogen və onun karbon nanoborularda saxlanılması perspektivləri” ideyası sərgidə qonaqlara təqdim edilib.
İclasda, həmçinin agentliyi və müxtəlif universitetlərin nümayəndələrinin məruzələri dinlənilib və geniş müzakirələr aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...