2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Nazir müavini: Azərbaycan hökuməti bərpaolunan enerji layihələri sahəsində xarici investorları dəstəkləməyə davam edəcək

21-11-2024
IMG

Azərbaycan hökuməti bərpaolunan enerji layihələri sahəsində xarici investorları dəstəkləməyə davam edəcək.

Fhnews.az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində keçirilən Azərbaycanda ilk bərpaolunan enerji hərracı qalibinin elan olunması mərasimində bildirib.

O qeyd edib ki, bu hərrac Azərbaycanın bərpaolunan enerji sektoru üçün növbəti uğurudur və investorların Azərbaycanda yaşıl enerji layihələrinə artan marağını və etimadını göstərir.

“COP29 çərçivəsində həyata keçirilən bu layihə Azərbaycan hökumətinin beynəlxalq əməkdaşlığa, dayanıqlı inkişaf məqsədlərinə və ölkənin yaşıl enerji potensialının reallaşdırılmasına sadiqliyini bir daha təsdiq edir”, - deyə o vurğulayıb.

Paylaş: