2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

NASA-nın kosmik gəmisi Günəşə ən yaxın uçuşunu uğurla həyata keçirib

28-12-2024
IMG

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin  Günəşi daha yaxından tədqiq etmək üçün hazırladığı "Parker Solar Probe" kosmik kəşfiyyat vasitəsi ulduza ən yaxın mövqeyə uğurla çataraq sürət rekordunu qırıb.

NASA-nın internet saytındakı açıqlamaya görə, "Günəş Kəşfiyyatçısı" olaraq da bilinən “Parker” Günəşin səthinə 6,1 milyon kilometr yaxınlaşaraq ulduza ən yaxın uçuşunu müvəffəqiyyətlə tamamlayıb.

Açıqlamada dekabrın 26-da axşam saatlarında Günəşin orbitinə yaxınlaşmağa başlayan vasitədən ilk dəfə siqnal alındığı ifadə edilərək "Əməliyyat qrupları tərəfindən NASA-nın  Günəşə toxunma missiyası dekabrın 24-də Günəşin səthinə rekord yaxınlıqdakı uçuşdan uğurla çıxdı” ifadəsi yer alıb. 

Roverin Günəş atmosferində saatda 700 min kilometr sürətlə hərəkət edərək öz sürət rekordunu qırdığı bildirilib.

NASA “Parker” kosmik aparatı ilə Günəşin atmosferini və günəş küləklərinin mənbəyini tədqiq edərək ulduzun maqnit sahəsini və plazma dinamikasını, onların Günəş sisteminə təsirini daha yaxşı başa düşməyi hədəfləyir.

“Parker” rover də Günəş tacının üzərindən uçacaq və bu bölgənin niyə bu qədər isti olduğunu anlamaq və enerjili hissəciklərin işıq sürətinin yarısına necə çatdığını tapmaq üçün ölçmələr aparacaq.

Qeyd edək ki, 2018-ci ilin avqustunda orbitə buraxılan “Parker” 27 sentyabr 2023-cü ildə Günəşdən 7,26 milyon kilometrə yaxınlaşdığı zaman saatda 635 min kilometrdən çox sürətlə hərəkət edərək ən sürətli süni obyekt adını qazanıb.

Paylaş: