NASA-nın 15 yaşlı kosmik gəmisi “NEOWISE” atmosferdə yanıb
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi kosmik vasitənin gözlənildiyi kimi Yer atmosferində yandığını açıqlayıb. 2009-cu ilin dekabrında buraxılan WISE (Wide Field Infrared Survey Explorer) infraqırmızı dalğa uzunluqlarında kainatı öyrənmək üçün nəzərdə tutulmuşdur.
Təxminən bir il ərzində bu vəzifəni yerinə yetirən bu vasitə bir çox qalaktika və qara dəlik aşkar edib. Lakin bir müddət sonra onun soyuducusunda yaranan nasazlıq səbəbindən uzaqdakı obyektlərin yaydığı infraqırmızı işıqları aşkar edə bilmir.
Lakin bu kosmik vasitə hələ də işlək olduğundan NASA onun vasitəsilə Yerə daha yaxın olan obyektləri müşahidə etmək qərarına gəlib.
“NEOWISE” (Near-Earth Objects Wide Field Infrared Survey Explorer) adlı vasitə 2013-cü ildən bəri Yerə yaxın orbitlərdə asteroidlər kimi təxminən 3 min göy cismini tədqiq edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...