NASA ilk dəfə kosmosa hip-hop mahnısı göndərdi
NASA məşhur reper Missi Elliottun “The Rain” mahnısını Veneraya göndərib. Daha əvvəl müxtəlif mahnılar Yerdən kənara göndərilsə də, ilk dəfə hip-hop mahnısı uzaq kosmosa çatıb.
Ən azı 60 ildir kosmik gəmilərlə əlaqə saxlamaq üçün istifadə edilən Dərin Kosmos Şəbəkəsi vasitəsilə mahnının planetə çatması təxminən 14 dəqiqə çəkib.
NASA daha əvvəl də müxtəlif yollarla kosmosa musiqi göndərmişdi. Məsələn, 1977-ci ildə kosmosa buraxılan Voyacer kosmik gəmisindəki qızıl qeydlərdə təbiətdən və insan söhbətlərindən, mahnılardan ibarət plastinkalar olub.
“Deep Space Network” vasitəsilə göndərilən yeganə mahnı “The Beatles”ın Across the Universe mahnısı idi. Kosmik agentlik mahnını 2008-ci ildə Qütb Ulduzuna ötürüb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...