NASA-dan asteroid açıqlaması: Yerlə toqquşma ehtimalı azalıb
NASA-nın planet müdafiə qrupu Yerlə toqquşma ehtimalı 3,1 faizə yüksələn “2024 YR4” asteroidinin planetimizə çarpma ehtimalının 0,28 faizə qədər azaldığını bildirib. Digər tərəfdən, asteroidin Aya dəymə ehtimalı yüzdə 1 olaraq qeydə alınıb.
Qeyd edək ki, asteroidlər təxminən 4,6 milyard il əvvəl Günəş sisteminin yaranmasından qalan qayalı göy cisimləridir.Onların ölçüləri kiçik çınqıllardan tutmuş yüzlərlə kilometr genişlikdə nəhəng obyektlərə qədər dəyişə bilər.
Asteroidlərin əksəriyyəti Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşir. Bununla belə, bəziləri orbitlərdə Yerə yaxınlaşaraq zaman-zaman Yer üçün təhlükə yarada biləcək bir marşrutla hərəkət edə bilərlər. Buna görə də astronomlar və kosmos agentlikləri bu obyektləri diqqətlə izləyir və toqquşmaların qarşısını almaq üçün mümkün əyilmə üsullarını hazırlayırlar.
“2024 YR4” isə son həftələrdə beynəlxalq medianın diqqətini çəkən asteroidlərdən biri olub. Bu, 27 dekabr 2024-cü ildə Çilidə “Asteroid Yerə Zərbənin Son Xəbərdarlıq Sistemi” (ATLAS) tərəfindən kəşf edilmiş Yerə yaxın obyektdir.
Əvvəlcə onun 2032-ci ildə Yerlə toqquşma ehtimalının 1,3 faiz olacağı proqnozlaşdırılırdı ki, bu da onu indiyə qədər qeydə alınmış ən yüksək riskli asteroidlərdən birinə çevirir. Lakin sonrakı müşahidələr bu riski daha da artırdı.
ATLAS kimi sistemlərdən istifadə edərək astronomlar Yerə potensial təhlükə yarada biləcək Yerə yaxın obyektləri (NEO) aşkar edirlər.
Bu sistem Havay Universiteti tərəfindən hazırlanıb və NASA tərəfindən maliyyələşdirilib. ATLAS Yer ətrafında yerləşdirilən və davamlı olaraq səmanı skan etmək üçün istifadə edilən teleskoplar şəbəkəsidir.
ATLAS-ın əsas məqsədi asteroidləri mümkün toqquşmadan əvvəl aşkar etmək, vaxtında xəbərdarlıq etmək və toqquşmadan qaçma strategiyalarını hazırlamaqdır.
Yarandığı gündən bəri ATLAS minlərlə asteroidi, o cümlədən təhlükəli olanları uğurla tədqiq etmişdir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...