Myanmanın mərkəzində baş verən yanğında ölənlərin sayı altıya çatıb
Myanmanın Mandalay bölgəsinin Çanayethazan qəsəbəsində baş verən yanğın nəticəsində ölənlərin sayı altıya çatıb.
Fhnews.az xəbər verir ki, bununla bağlı Mandalay Bölgəsi Yanğın Xidmətləri Departamentinin rəsmisi məlumat yayıb. Bildirilib ki hadisə baş verən zaman ilkin olaraq ölən olmasa da, beşi ağır olmaqla 15 nəfər xəsarət alıb. Növbəti gün yaralılardan beşi, bu gün isə köməkçi yanğınsöndürənlərdən biri hadisə zamanı aldığı xəsarətlərdən həlak olub.
Yanğına böyük qaz konteynerindən daha kiçik konteynerə keçid zamanı qaz sızması səbəb olub.
Rəsmilər araşdırmaların aparıldığını və baş vermiş hadisəyə görə iki şəxsin ittiham olunduğunu bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...