Myanmada “Yaqi” qasırğası 74 nəfərin həyatına son qoyub
Myanmada “Yaqi” qasırğasının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 74 nəfər ölüb, 89 nəfər itkin düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə Myanmanın dövlət televiziyası məlumat yayıb.
Qeyd olunub ki, daşqınlar nəticəsində 240 minə yaxın Myanma sakini evlərini tərk etmək məcburiyyətində qalıb. Bundan başqa Myanmada Mandalay və Baqo əyalətlərinin mərkəzi bölgələrində, eləcə də Şan əyalətinin şərq hissəsindəki alçaq ərazilər su altında qalıb, ən çox ziyan isə paytaxt Neypidoya dəyib.
BMT-nin Qaçqınlar Agentliyinin məlumatına görə, sentyabrın əvvəlində Myanmada, əsasən, son illərdəki müharibə və iğtişaşlar səbəbindən artıq 3,4 milyon köçkün var.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...