Mütəxəssis: Ətraf mühit insan orqanizminin funksiyalarına əhəmiyyətli dərəcədə təsir edir
“Ətraf mühit insan orqanizminin funksiyalarına əhəmiyyətli dərəcədə təsir edir”.
Fhnews.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova açıqlayıb.
Onun sözlərinə görə, ekoloji təhlükəsizlik məsələləri Azərbaycan üçün prioritet istiqamətlərdən biridir: “COP29 kimi nəhəng ekoloji konfransın məhz Azərbaycanda keçirilməsi bunu bir daha təsdiq edir”.
P.Allahyarova “İqlim dəyişikliyi və insult” mövzusuna dair bir çox tədqiqatların aparıldığını qeyd edib: “Bildiyimiz kimi, havanın çirklənməsi və qlobal istiləşmə əlaqəli məsələlərdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən məlumatlara görə, hava çirklənməsinə məruz qalmaq insult riskini artırır. Hazırkı iqlim dəyişiklikləri səbəbindən suyun duzluluğun artması da gözlənilir. Bu da öz növbəsində arterial təzyiqin yüksəlməsinə, nəticə etibarı ilə də insult riskinin artmasına səbəb ola bilər”.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...