2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid mövzular hazırlanıb

15-08-2024
IMG

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölmələri üzrə mövzular hazırlanıb.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən verilən məlumata görə, müəllimlər “miq.edu.az” saytına və ya “portal.edu.az” platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, şagirdləri qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcəklər.

Paylaş: