Multikulturalizm Mərkəzi ötən il Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı 5 kitab çap edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 2023-cü ildə də Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırıb.
BBMM-dən bildirilib ki, ötən il Mərkəz tərəfindən “Həqiqətin Onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur”, “Həqiqətin Onomastikası” (rus dilində), “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” (ingilis dilində), “Azərbaycan Albanşünaslığının tarixinə dair” biblioqrafiya, “Qafqaz Diyarının Xəritəsi-1847” hərbi topoqrafik xəritəsi və izahlı kitabı çap olunub. Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı tat dilinə tərcümə olunaraq işıq üzü görüb.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...