2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

MİT Trotskinin sürgünü ilə bağlı hesabatı paylaşıb

23-02-2025
IMG

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) bolşevik siyasətçi Lev Trotskinin Böyükadada sürgündə olarkən Sovet İttifaqı kəşfiyyatı tərəfindən izlənilməsi ilə bağlı hesabatı paylaşıb.

MİT-in rəsmi internet saytındakı “Xüsusi kolleksiyalar” bölməsinin altındakı “sənədlər”də dərc edilən kəşfiyyat hesabatlarına yenisi əlavə edilib.

Bolşevik siyasətçi Lev Trotskinin 1929-1933-cü illər arasında İstanbulun Büyükadasında sürgündə olarkən Sovet İttifaqı Kəşfiyyatı tərəfindən izlənildiyini və bu vəziyyətin Milli Təhlükəsizlik Xidməti (MAH) Başçılığına bildirildiyini təsdiqləyən bu sənəd İstanbul Vilayət rəisi Əziz Hüdai bəyin imzaladığı kəşfiyyat hesabatı idi.

Paylaş: