MİQ üzrə test imtahanı vermiş 50264 namizəddən 5740 nəfəri vakansiya seçimində uğur qazanaraq müsahibə mərhələsinə dəvət olunub
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları iyulun 2-dən 10-dək ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində keçirilib. Test imtahanlarına 61 minə yaxın namizəd dəvət olunub, onlardan 50264 nəfəri bu mərhələdə iştirak edib. Test imtahanı vermiş 50 264 namizəd arasından 5740 nəfər vakansiya seçimi mərhələsində uğur qazanaraq müsahibə mərhələsinə dəvət olunub.
Fhnews.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı jurnalistlərə müsahibəsində söyləyib.
Qeyd edək ki, bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...