Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Cəbrayıl və Laçına səfəri başlayıb
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Cəbrayıl və Laçın rayonlarına səfəri başlayıb.
Fhnews.az xəbər verir ki, səfərdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İşçi qrupun üzvləri Cəbrayıl rayonunda minatəmizləmə əməliyyatları ilə tanış olublar, icra edilən layihələrin gedişatını izləyiblər.
Səfər çərçivəsində Laçın rayonunda işçi qrupun növbəti iclası keçiriləcək.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...