Metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işləri davam etdirir.
Mərkəzdən verilən məlumata görə, bu məqsədlə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub. “Həm yaxınlıqda yaşayan sakinlər, həm də metrodan istifadə edən sərnişinlər piyada qismində artıq bu yoldan daha rahat şəkildə keçirlər, - deyə məlumatda bildirilib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...