Meşə yanğınları karbon emissiyalarını artırır
NASA Braziliya meşələrində baş verən yanğınlardan sonra atmosferə yayılan tüstünün peyk fotosunu paylaşıb. O bildirib ki, yanğınlar nəticəsində karbon emissiyaları 2005-ci ildən bəri ən yüksək səviyyədədir. Yəni karbon emissiyaları Braziliyadakı yanğınlardan sonra son 19 ildə ən yüksək səviyyəyə çatıb.
Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutunun məlumatlarına görə, peyklər iyul ayında Amazonda 11. 434 yanğın nöqtəsi aşkar edib. Qlobal istiləşmə səbəbiylə ciddi bir quraqlıq olduğuna diqqət çəkən NASA bildirib ki, 2023-cü ilin ortalarından etibarən qismən Sakit Okeanın şərqini 2024-cü ilin mayına qədər istiləşdirən El Nino səbəbiylə şiddətli quraqlıq Amazon hövzəsində problemlər yaradıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...