Mersində zəlzələ təlimi keçirilib
Ssenariyə görə 4 əyaləti əhatə edən 7 bal gücündə zəlzələnin regional manevri Mersində başlayıb.
Türkiyə Fəlakətlərə Müdaxilə Planı çərçivəsində ssenariyə görə episentri Tarsus rayonunda olmaqla 7 bal gücündə “zəlzələ” baş verib. Nəticədə Mersin, Niğde, Adana və Konyada çoxlu bina dağılıb.
Axtarış-xilasetmə işləri üçün Antalya, Kayseri, Çorum, Sakarya, Ankara və Əskişəhərdən gücləndirmə qrupları göndərilib, 1500 axtarış-xilasetmə işçisi iştirak edib.
Şəhərdəki müxtəlif dağıntılardakı evakuasiya işlərində 23 fəlakət qrupundan 1500 personal və 300 texnika cəlb edilib. Toroslar Korukent Məhəlləsində keçirilən təlimlərdə uçan məktəbin dağıntıları altında qalan yaralılar qruplar tərəfindən xilas edilib.Uçmuş binalardan təxliyə edilən yaralılar təcili yardım maşınlarına aparılıb. Bütün bunlar zəlzələ təlimi zamana həyata keçirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...