2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Meksikada yük maşını ilə sərnişin avtobusu toqquşub: 41 nəfər ölüb

10-02-2025
IMG

Meksikanın Tabasko ştatında sərnişin avtobusu və yük maşını toqquşub. Qəza nəticəsində 38 sərnişin və 2 sürücü olmaqla ümumilikdə 41 nəfər ölüb. Səlahiyyətlilər indiyədək 18 nəfərin şəxsiyyətinin müəyyən edildiyini bildiriblər.

“Tours Acosta” avtobus şirkəti qəzaya görə son dərəcə təəssüfləndiklərini bildirib və qəzanın necə baş verdiyini və avtobusun sürət həddini keçib-keçmədiyini müəyyən etmək üçün səlahiyyətlilərlə birlikdə çalışdıqlarını açıqlayıb.

Paylaş: