MEK-də Bilik Günü münasibətilə sərgi açılıb
Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.
MEK-dən verilən məlumata görə, sərgidə “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti”, “Heydər Əliyev. Təhsil. Bilik. Məktəb”, “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı”, “Heydər Əliyev məktəblilərin gözü ilə”, “Təhsil millətin gələcəyidir” nəşrlərini, eləcə də “Azərbaycanın təhsil siyasəti”, “Azərbaycan təhsili yeni inkişaf mərhələsində”, “Azərbaycanda elm və təhsil”, “Təhsil və cəmiyyət. Təhsil islahatının dinamikası”, “Təhsil sahəsində tədqiqatların əsas istiqamətləri (2009-2013-cü illər)”, “Azərbaycan məktəb və pedaqoji fikir tarixi”, “Azərbaycan təhsil tarixi, oçerkləri və ilk ali təhsillərimiz” və digər nəşrlər nümayiş olunur.
Təqdim olunan dəyərli nəşrlərdə Azərbaycan təhsilinin retrospektiv mənzərəsi, təhsil siyasəti, təhsilin inkişaf strategiyasına dair aktual məsələlər və digər mövzularda materiallar yer alıb. Burada Ulu Öndər Heydər Əliyevin 1969-2002-ci illərdə ölkəmizdə milli təhsil quruculuğu və islahatları, o cümlədən müəllimlər qurultaylarında etdiyi məruzələri, çıxışları, nitqləri toplanıb.
Sərgi iki həftə davam edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...