Media: “Apollon 8”in ekipaj üzvü təyyarə qəzasında ölüb
“Apollon 8” kosmik missiyasının üzvlərindən biri Uilyam Anders təyyarə qəzasında həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə “Fox13” portalı məlumat yayıb.
Məlumata görə, 90 yaşlı Anders cümə günü ABŞ-ın şimal-qərb sahillərində San Juan arxipelaqında qəzaya uğrayan təyyarənin idarəetməsində olub.
Qeyd edək ki, “Apollon 8” kosmik gəmisi 1968-ci ildə ABŞ-da buraxılıb. Kosmik gəmidə astronavtlar Frank Borman, Ceyms Lovel və Uilyam Anders olub. Missiya tarixdə Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...