2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Mavritaniya və Seneqalın dənizdə müştərək qaz quyusundan ilk LNG istehsalı başlanıb

12-02-2025
IMG

ABŞ-ın Kosmos Energy şirkəti “Böyük Tısbağa Ahmeyim” (Greater Tortue Ahmeyim) yatağı layihəsi üzrə ilk mayeləşdirilmiş təbii qazın (LNG) emal edildiyini bildirib.

Fhnews.az Mavritaniya KİV-lərinə istinadla xəbər verir ki, BP şirkətindən bildirilib ki, bu ilin birinci rübü ərzində, çox güman, mart ayında LNG qazının ixracına başlanacaq.

Gözlənilir ki, birinci mərhələdə ildə 2,3 milyon ton LNG istehsal ediləcək. Layihə üzrə yataqda 15 trilyon kubmetr qaz ehtiyatının olduğu bildirilir.

Mavritaniya və Seneqalın dənizdə müştərək “Böyük Tısbağa Ahmeyim” (Greater Tortue Ahmeyim) qaz yatağından ilk hasilat ötən il dekabrın 31-də baş tutub. 2850 metr dərinlikdən hasil olunan qaz emal üçün üzən LNG saxlama gəmisinə nəql edilir. BP layihədə 56 faiz paya malikdir. ABŞ-ın “Kosmos Energy” şirkəti 27%, Seneqal 10% və Mavritaniya isə 7% faiz pay sahibidir.

Paylaş: