2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Martın 6-da  Brüsseldə Aİ liderlərinin fövqəladə sammiti olacaq

24-02-2025
IMG

Avropa İttifaqı Şurasının sədri Antonio Kosta X hesabında Ukrayna gündəmi və təhlükəsizliklə bağlı martın 6-da Brüsseldə fövqəladə sammitin keçiriləcəyini açıqlayıb.
Ukrayna və Avropanın təhlükəsizliyi üçün həlledici günlərin yaşandığını deyən Kosta fikirlərini belə əsaslandırıb: 

"Avropa liderləri ilə məsləhətləşmələrim zamanı mən Avropa müdafiəsini gücləndirməklə, qitəmizdə sülhə və Ukraynanın uzunmüddətli təhlükəsizliyinə qəti şəkildə töhfə verməklə Aİ səviyyəsində bu çağırışların öhdəsindən gəlmək üçün ümumi əzm eşitdim. Mən, Ursula fon der Leyen və bütün üzv dövlətlərlə martın 6-da qərar qəbul etməyə hazır olmaq üçün işləməyə davam edəcəyəm."

Fevralın 17-də Yelisey sarayında görüşən AB, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Polşa, Danimarka və Hollandiya liderləri və NATO-nun baş katibi Mark Rutte son hadisələri müzakirə ediblər. Avropa Birliyinin yüksək rütbəli rəsmiləri tez-tez Avropa və Ukraynanın daxil olmadığı danışıqlar nəticəsində daimi sülhün əldə edilə bilməyəcəyini deyir və danışıqlar masası arxasında olmaq istəklərini bildirirlər.

Paylaş: