Marsın qırmızı rənginin sirri çözülür
Marsın fərqli qırmızı rənginin mənbəyi ilə bağlı yeni nəzəriyyə irəli sürülüb. Alimlər bu rəngin səbəbi ilə bağlı ümumi qəbul edilmiş fikirləri sarsıdacaq yeni tapıntılara nail olublar. Günəş sisteminin ən hərtərəfli öyrənilmiş planetlərindən biri olan Mars uzun müddətdir ki, "qırmızı planet" adlandırılır. Bu gün də geniş şəkildə qəbul edilən nəzəriyyə, bu rəngin Marsın səthini örtən paslanmış dəmir minerallarından qaynaqlandığını irəli sürür. Ancaq yeni bir araşdırma bu fikri sarsıdacaq tapıntıları ortaya qoyub.
“Nature Communications” jurnalında dərc edilən bir araşdırma, Marsın qırmızı rənginin hematitlə deyil, ferrihidrit adlı mineralla əlaqəli ola biləcəyini ortaya qoyub. Ferrihidrit soyuq su mühitlərində əmələ gələn bir mineraldır və bu tapıntı Marsın su tarixi haqqında mühüm ipuçları verə bilər.
Alimlər Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın Mars missiyalarından əldə etdikləri məlumatlardan istifadə edərək planetin toz qatını ətraflı şəkildə araşdırıblar. Marsdakı toz hissəciklərinin ölçüsü və komponentləri “Trace Gas Orbiter”-in CaSSIS görüntüləmə sistemi ilə müəyyən edilib.
Daha sonra laboratoriya mühitində Mars tozuna bənzər bir məhsul istehsal edilərək müxtəlif növ dəmir oksidi analiz edilib. Tədqiqatçılar qeyd ediblər ki, ferrihidrit yalnız suyun varlığında əmələ gələ bilər. Tapıntılar göstərir ki, planetin səthində su tərkibli mineral təbəqələr çox ola bilər.
NASA və ESA-nın birgə “Marsa Nümunə Qaytarma Proqramı” çərçivəsində gələcəkdə planetdən qaytarılacaq qaya və toz nümunələri Marsın su tarixi haqqında daha dəqiq məlumat verə bilər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...